Ofis həyatı çoxlarının düşündüyü kimi rahat deyil. Gün boyu oturaq vəziyyətdə işləmək, fasiləsiz iclaslar, e-maillər və məsuliyyət dolu işlər arasında enerji saxlamaq çətinləşir. Səhər yeməyinə vaxt tapılmır, günorta isə çox vaxt fast food, şirniyyat və ya sadəcə qəhvə ilə keçinir. Günün sonunda nəticə eynidir: enerji tükənir, fokus azalır və bədən yorulur.
Halbuki, ofis həyatında balanslı qidalanmaq üçün saatlarla bişirməyə ehtiyac yoxdur. Cəmi 10 dəqiqə və doğru seçim kifayətdir. Artıq bu problemi təkbaşına həll etməyə də gərək yoxdur — hazır qida anlayışı ofis dünyasında qidalanma mədəniyyətini tamamilə dəyişib.
