Salam, mən Nazlı. Marketinq meneceriyəm. Saytların SEO edilməsi və yaradılması ilə məşğulam. Bu saytı yaratmaqda məqsədim yeməklə bağlı bir platforma yaratmaqdır. Həm reseptləri, həm maraqlı məlumatları mətbəxlə bağlı burada tapa bilərsiniz. Həmçinin “Shop” hissədə uyğun qida əlavələrini də sifariş vermək mümkündür. Ümid edirəm saytımdan ləzzətli yeməklər hazırlamaq öyrənmək üçün istifadə edərsiniz. Hər birinizi tanımasam da, tək-tək bura girişin hər biri mənim üçün qiymətlidir və xoşbəxtəm ki, hər hansı bir dəyər qata bilirəm.
Sevgilər…