Bu, Azərbaycanda bişirilən kələm dolmasının bir növüdür. Bir başqa növü şabalıdlı, heyvalı, kişmişli olur və sirkə-şirədə bişdiyinə görə turşa-şirin dadı olur. Hələlik birinci növünü bişirək. Nuş olsun!
Kələm Dolması
Qeyd: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.
4-5 pay üçün

Içi Üçün:
yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın)
1 ədəd orta baş soğan – xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 xörək qaşığı pomidor məti (tomat)
yarım stəkan yumru düyü – yaxşıca yuyub suyunu süzün
yarım stəkan xırda doğranmış keşniş
yarım stəkan xırda doğranmış şüyüd
2-3 qaşıq kərə yağı
1 çay qaşığı duz
¼ çay qaşığı istiot
1 baş kələm (təxminən bir kilo yarımlıq)
2 xörək qaşığı pomidor məti (tomat) Qeyd: yay vaxtı tomatla bərabər bir ədəd iri yetişmiş pomidor da əlavə edə bilərsiniz. Bunun üçün pomidoru soyun, xırda-xırda doğrayın. Tomatın miqdarını bir qədər azalda bilərsiniz.
1 stəkan yarım qaynar su
2 xörək qaşığı kərə yağı
Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun.
Kələm yarpaqlarını hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin). Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.



1 thought on “Kelem dolmasi”
salam